Qeyd
1. Traktor idarə etmə hüququ verən vəsiqə, Traktor idarə etmək hüququ verən etibarnamə və ya yol vərəqəsi iş zamanı üzərində saxlamalıdır;
2. Traktorun əyləc sisteminin, təhlükəsizlik cihazlarının və qurğularının vəziyyətini yoxlayır;
3. Traktorda aşkar olunmuş texniki nasazlığın aradan qaldırılmasında iştirak edir;
4. İşdən əvvəl traktorun bütün mexanizmlərini və təhlükəsizlik cihazlarını yoxlayır;
5. İş zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl edir;
6. Texnoloji rejim normalarına, texnoloji reqlament və təlimatlarına ciddi riayət etməli;
7. Zavodun rəhbərliyinin göstərişlərini operativ çəkildə yerinə yetirməli;
8. Traktorda kənar şəxslərin olmasına yol verməməli;
9. Traktora yükləmə işi apararkən təhlükəsizlik qaydalarına riayət etmək, traktorun mövcud yük götürmə qabiliyyətindən artıq yüklənməsinə yol verməmək;
10. Traktoru idarə edən zaman sürət həddinə ciddi riayət etmək;
11. Traktorla aqrotexniki işlər apararkən tələb olunan bütün qayda və normativlərə ciddi riayət etmək;
Traktora onun qoşqu, lafetinə adam mindirmək, lafeti adamların daşınmasında istifadə etmək qəti qadağandır.
Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Traktorçu (İmişli)- aqrokadr.az” mövzusu ilə career@mktcotton.com və career@agro.gov.az elektron ünvanına göndərə bilərsiniz. Son müraciət tarixi: 08.04.23
"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.